adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Yanvar 2017 21:47
13432
İDMAN
A- A+

Millimiz məğlub oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib.

Adalet.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının U-20 komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşlərində Almaniyanın "Eqestorf" klubuna uduzub (2:4), Qazaxıstanın "Okjeptes” klubu ilə heç-heçə (2:2) edib.