… Bilmirəm, sizinbelə «düşmənlərlə» ünsiyyətiniz, dotsluğunuz, yoldaşlığınız olub-yoxsa olmayıb?!Ancaq bir onu bilirəm ki, çoxlarınızın süfrəsinin başında elə-belə «mehriban düşmənlər»əyləşiblər. Əslinə qalanda hamımız onlara qardaş, dost, sirdaş demişik. Demişikki, onlar bizim ən yaxınımız, doğmamız vəcan-ciyərimizdi...
Can-ciyərdedim yadıma bir əhvalat düşdü. Çoxdan tanıdığım bir dostumuz həmişə bu can-ciyərindənağız dolusu danışardı. Deyərdi ki, bizim bircə yatdığımız yer ayrı idi. Yəni səhərdənaxşama qədər bir yedrə olardıq, yeyib-içərdik və kef çəkərdik. Hətta ailəmiz də,uşaqlarımız da günlərini bir yerdə keçirərdilər. Nə başınızı ağrıdaq, bu kişilərbir tikə çöyrəyini iki yerə bölərmişlər.
Bütünsirrini, bütün varını-dövlətinin yerini bu dostu bilirmiş. Bir gün elə olur ki,can-ciyəri çox götür-qoy eləyir və onun evdə saxladığı 200 min manat pulu yerli-dibli götürüb aparır. Dostu evə qayıdandagörür ki, lələ uçub yurdu qalıb. Yəni gözünü dikdiyi o pulların heç biri yerindətapılmır. Çoxlarından şübhələnir,çoxlarından ürəyində qara qalır və heç ağlına gəlmir ki, bunun başına açılan oyunubu can-ciyəri eləyib. İstintaq orqanlarına şübhələndiyi adamların hamısının adınıverir. Təbii ki, hüquq-mühafizə orqanları da buadamları danışdırır, ifadəsini alır və görürlər ki, bu işdən heç bir xəbərləriyoxdur. Hətta onların əl və ayaq izləri də götürülür və heç biri təsdiqini tapmır.
Kişinin səbri birtikə olur. Həmin vaxt da bu can-ciyəri onun stolunun başında əyləşib özünü elə göstərirki, dostunun halına yanır, vəziyyətinə acıyır. Necə olursa, müstəntiqlərdən birihəmin adamı da sorğu-suala çəkir. Bu anda kişi imkan vermir ki, istintaqçılar can-ciyərinidanışdırsınlar. Deyir ki, bu kişiylə mən 50 ilə yaxındır çörək kəsirəm. Ondan heçvaxt pis şey görməmişəm və razı deyiləm ki, şübhəli şəxs kimi dostluq elədiyim,çörək kəsdiyim adamı istintaqa çəkəsiniz…
Müstəntiq isə dediyindəndönmür, bu can-ciyəri sabahı gün idarəyə dəvət eləyir. Bir-iki «krutoy» sualdansonra həmin kişinin səsi titrəyir və özünü bir qədər şübhəli aparır. Müstəntiqinyenidən bir-birinin ardınca çaşdırıcı suallarından sonra kişi hər şeyi etiraf edirvə elədiyi oğurluğu boynuna alır, pulların da yerini deyir. Deyir ki, həmin pullarıbağ evimdə gizlətmişəm, gedəyin göstərim. Ancaq üstündən 10 min manat xərcləmişəm…
Dostu bu xəbəri eşidəndəəvvəl inanmır. Sonra müstəntiq ona bildirir ki, sənin pulların tapılıb və onu dacan-ciyərin oğurlayıbmış. Kişi bu xəbəri eşidəndə sevincindən çox dərd onu götürür.Nə təhər əsəbləşirsə ürəyinin ağrısı tutur, onu təcili xəstəxanaya aparırlar, kordioqramaeləyirlər, infarkt olduğu aydınlaşır. Bax, bu da can-ciyərin, 50 ilin dostunun«sədaqəti»…
Bilmirəm, bu cürəhvalatlar sizin başınıza gəlibmi? Amma mənim tanıdığım, gördüyüm və bildiyim neçə-neçədostun başına bu cür əhvalatlar gəlib. Hətta onların biri evindən külli miqdardapul oğurlamış qudasının oğlunu bağışlayıb da. Görürsünüz, hələm-hələm oğulun işideyil ki, ona xəyanət eləyəni, başını pambıqla kəsəni, kürəyinə bıçaq saplayanıbağışlasın. Görün bu adamın ürəyi nə boydadı ki, bu addımı atıb. Bəs görəsən, qohumubundan nəticə çıxarıbmı və ikinci dəfə ona xəyanət etməyəcəkmi? Bunu isə gələcəkgöstərəcək. Hər halda, ataların gözəl bir deyimi var: «İtlə dostluq eləsən də, ağacıəlindən yerə qoyma. Çünki o hər an səni tuta bilər».
Bu «mehriban düşmənlər»çoxumuzun süfrəsinin arxasında əyləşirlər. Özümüz də bilmədən ürəyimizin sirrini,qəlbimizin sevincini, gizlin nəyimiz varsa, onlarla bölüşürük. Amma bu o demək deyilki, elə sürfəmizin arxasında əyləşənlərin hamısı ipiqırıqdı və «çürükdü». O qədərsədaqətli, etibarlı, çətin və ağır gündə bir-birinə arxa-dayaq olan insanlar varki?! Təbii ki, belələrini barmaqla saymaq olar.
Bir-biriylə dostluqeləyir, uşaqları bir yerdə böyüyür, uzun müddət çörək kəsirlər və hər hansı biriyüksək vəzifəyə qalxanda o dəqiqə o birisi onun paxıllığını çəkir və qeybətini eləyir.Bəzən də əksinə olur. Yuxarıya qalxan o imkanlı adam əvvəlki dostunu, onun ailəsini,uşaqlarını yaddan çıxarır və özünə təzə «dostlar» tapır. Çünki köhnə kimə lazımdır?
Siz heç ona da fikirvermisiniz ki, təzə ev alanda, təzə maşın sürəndə sizinlə qəlbir olan necə rəngalıb rəng verir? Sanki onun evini-eşiyini və maşını almısan. O qədər qaralır ki,çırtma vursan qan çıxar. Çünki paxıllıqdan içini, qəlbini və ən nəhayət varlığınıxırt yeyir…
Hamının dostu davar, tanışı da. Amma biz çox vaxt ağır zərbəni düşməndən yox, o dost dediyimiz adamlardanalırıq. Ona görə də belə bir deyim də var: «Allah məni dostlarımdan qorusun, düşmənlərimləbacararam». Belə çıxır ki, indi çox adama o qədər də bel bağlamaq, arxa çevirməkmüşkül məsələdi. Gərək bel bağlayanda, arxa çevirəndə biləsən ki, kimə söykənirsən.Yoxsa gədənin biri sənin imkanlı vaxtından istifadə eləyəcək. Elə ki, ayağın büdrədi,bax onda kürəyinə bıçaq saplayacaq…