adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Yanvar 2017 15:30
9321
MƏMLƏKƏT
A- A+

Gənclər üçün Təhsil Mərkəzinin HESABATI

Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair hesabatını təqdim edib.

Bu məqsədlə mətbuat nümayəndələri qarşısında Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edib.

O bildirib ki, mərkəz ənənəvi olaraq, başa çatmış ildə gördüyü işlərə qiymət vermək, fəaliyyətində şəffaflığı təmin etmək, o cümlədən yeni ildə qarşıda duran vəzifələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə bu formatda toplantılar təşkil edir.

Qeyd olunub ki, Mərkəz ötən illərdə olduğu kimi 2016-cı ildəki fəaliyyətini əlaqələndirmək məqsədilə Bakı, Gəncə, Mingəçevir, Ağcabədi, Quba və Şirvan regional ofislərinin imkanlarından istifadə edib.

Mərkəz əhatə dairəsini genişləndirmək məqsədilə 2016-cı il Azərbaycan "Gənclər Paytaxtı" seçilmiş Şəmkir rayonunda nümayəndəlik yaradıb.

Mərkəz ötən il ərzində "2015-2025-ci illərdə Azərbaycan Gənclərini İnkişaf Strategiyası"nınn prioritet istiqamətlətlərinə uyğun olaraq, ümumi sayı 123 olmaqla 35 iri və 88 kiçik miqyaslı layihə həyata keçirib.

Sözügedən layihələrin maliyyələşdirilməsində Gənclər və İdman Nazirliyi, Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurası, Prezidenti yanında Gənclər Fondu, Unicef-in Bakı ofisi , Avropa İttifaqının "Gənclər fəaliyyətdə" Proqramı və digər qurumlarla əməkdaşlıq edib.

Layihə Azərbaycanın 35-dən çox şəhər və rayonundq həyata keçirilib, ümumilikdə 10 mindən çox insana təsir edib.