adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Yanvar 2017 15:16
8877
SİYASƏT
A- A+

Rəqabət Məcəlləsinin qəbulu zamanın tələbinə çevrilib

Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində qeyd olunub ki, 2017-2020-ci illərdə rəqabət mühitini gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək. Sənəddə nəticə indikatoru kimi, Rəqabət Məcəlləsinin qəbulu göstərilib. Bu sənədin qəbulu haqqında illərdir söhbət getsə də, ortada real nəticə yoxdur. Dövlət başçısı Rəqabət Məcəlləsini hələ 2006-cı ildə Milli Məclisə təqdim etmişdi. Həmin məcəllə o vaxtdan bəri "qəbul intizarını” çəkir. Milli Məclisdə iki oxunuşdan da keçən layihə sonradan parlamentin gündəliyindən çıxarıldı.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində gedən müzakirələrdə də Rəqabət Məcəlləsinin qəbul olunmaması ciddi narazılığa səbəb olub.Millət vəkili Vahid Əhmədov bu gün Azərbaycanın üzləşdiyi iqtisadi vəziyyətdən çıxışı və normal biznes mühitinin yaradılması məqsədi ilə komitənin yaz sessiyasına Rəqabət Məcəlləsinin salınmasını təklif edib: "Cənab prezidenti Strateji yol xəritəsini təsdiq edib və burada rəqabıt məsələsi aydın göstərilir. 10 ildir biz bu qanunu qəbul edə bilmirik. Hanıs ki, 2006-cı ildə cənab prezident tərəfindən Milli Məclisə təqdim edilib. İndiyə qədər dəfələrlə məsələni qaldırsaq da. Hər dəfə bir bəhanə gətirilir ki, sənəd üzərində iş gedir. Bu nə qədər davam edəcək. Bu gün Azərbaycanda maraqlar baş alıb gedir. Yəni. Bu qanunu niyə qəbul etmirlər?! Onda belə çıxır ki, biz prezidentin Strateji yol xəritəsini qəbul etmirik?! Azərbaycanda yaranmış indiki vəziyyətdə Milli Məclisin günahı hamıdan çoxdur. Növbəti plenar iclasda bunu deyəcəyəm. Çünki biz cəmiyyyət üçün lazım olan qanunları qəbul etmirik. Kimlərinsə mənafeyini müdafiə etmək məcburtiyyətində qalırıq. Niyə görə?! Strateji yol xəritəsi prezident tərəfindən qəbul edildiyindən xahiş edirəm ki, Rəqabət Məcəlləsi gündəliyə salınsın və yaz sesisyı müddətində qəbul edilsin. Bundan əlavə olaraq "Mliyyə nəzarəti haqqında” qanun da gündəliyə salınıb qəbul edilsin”- deyə, millət vəkili vurğulayıb”.

V. Əhmədov bildirdi ki, bu gün ölkədə bank sisteminin fəaliyyətinə bir baxın: " Bank sisteminə nəzarət məqasədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Bank sistemində vəziyyət necə idisə elə də qaldı. Nəsə dəyişdi?! Zamnında bu təşkilat yaradılanda mən bu iclas salonunda dedim ki, buna ehtiyac yoxdur. Bu indiki şəraitdə Azərbaycana heç nə verən deyil. indi Mərkəzi Bankla MNBP arasında mübahisəli məsələlər mövcuddur. Biz bank sistemini sağlamlaşdıra bilmirik. Bank sistemində ciddi problemlər yaranıb. Əgər biz Strateji yol xəritəsinin həyata keçməsini istəyiriksə, o zaman bank sistemini bu yolla necə sağlamlaşdıracayıq?! Burada ciddi problemlər var. Ona görə də xahiş edirəm "Maliyyə nəzarəti haqqında” qanunun da qəbul edilməsi kimlərəsə sərf etmir. Müəyyən qurumlarda maliyyə maxinasiyaalrı olduğundan bu qanunun qəbulu onlara sərf etmir. Odur ki, bir daha xahiş edirəm təklif etdiyim qanunlar gündəliyə salınsın və müzakirəyə çıxarılsın”.

Rəqabət Məcəlləsi ilə bağlı məsələyə aydınlıq gətirən komitə sədri Ziyad Səmədzadə bildirib ki, Milli Məclisə gəlməyən qanun layihəsini biz necə müzakirə edə bilərik?! "Amma buna bxamayaraq, Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı parlament rəhbərliyi, müvafiq dövlət qurumları ilə danışıqalr aaprmışam və onlar da bu məsələnin üzərində işləyir. Qanun daxil olan kimi müzakirə olunacaq”.

V. Əhmədov isə buna cavab olaraq deyibi ki, bu gün ölkədə inhisarçılıq hökm sürür və nə qədər bu inhisarçılıq aradan qalxmayıb heç bir Strateji yol xəritəsi öz effektini verməyəcək. z.Səmədzadə V. Əhmədovun fikri ilə razı olduğunu dilə gətirərək bildirib ki, mən sizinlə tamamilə razıyam: "Ancaq hər şey də Milli Məclisdən asılı deyil. Parlamentə daxil olan qanun layihələri müzakirə edilir”.

Onu da bildirək ki, məsələ ilə bağlı iqtisadçı ekspertlər öz mövqelərini bildiriblər. Ekspertlər də hesab edir ki, bu məcəllənin qəbulu zamanın tələbidir. Ekspertlərin fikrincə, Dünya Ticarət Təşkilatına üzvlük bu durumu müsbət yöndə dəyişəcək. Üzvlüyün Azərbaycana əsas təsirlərindən biri - idxalın artmasından daxili bazarda mal və xidmət təklif edənlərin sayının və nəticədə isə rəqabətin çoxalmasıdır. Ancaq rəqabətin artması hələ rəqabət mühitinin formalaşması mənasına gəlmir.

Ədil Ədilzadə