adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Yanvar 2017 12:44
9521
MƏMLƏKƏT
A- A+

Bakıya sulu qar yağacaq

Sabah, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.