adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Yanvar 2017 12:05
9685
İDMAN
A- A+

Çay dəmləməyi Azərbaycanda öyrənmişəm

"Simurq”un sabiq baş məşqçisi Roman Pokoranın Azərbaycan karyerası ilə bağlı maraqlı məqam üzə çıxıb. 

Adalet.az saytının məlumatına görə, 2006-10-cu illərdə Zaqatala təmsilçisini çalışdıran ukraynalı mütəxəssis ölkəmizdə özü üçün yenilik kəşf edib.

Vətənində həmkarlarımıza geniş müsahibə verən Pokora qonaqlara təklif etdiyi çay süfrəsi arxasında maraqlı açıqlama ilə diqqət çəkib: "Bu çayı Azərbaycan resepti ilə hazırlamışıq. Mən çay dəmləməyi Azərbaycanda öyrənmişəm. Yalnız bir şeyə təəssüflənirəm. Köçəndə hardasa çayniki itirmişəm”.

Pokora karyerasının pik nöqtəsindən, 1969-cu ildə qazanılan SSRİ kubokundan da danışıb. Həmin vaxt 1-ci dəstədə çıxış edən "Karpatı”nın futbolçusu olan ukraynalı ölkə kubokunun qalibi olmuşdu: "Açığı turnir "setka”sı ilə də bəxtimiz bir az gətirmişdi. Amma özümüz də hər oyuna yaxşı köklənirdik. Kubok da elə yarışdı ki, bir matçda qələbə qazanıb, mərhələ keçirsən. Bütün mövsüm ərzində əsas heyətdə çıxış etsəm də, final öncəsi 21 yaşında suçiçəyinə tutuldum. Bu da həlledici matçda oynamağıma mane oldu. Həmin vaxt SSRİ futbol federasiyası hərəmizə 300 rubl verdi. Klubdan isə bizə "Elektron” televizorları bağışladılar ki, onlar da xarab çıxdı”.

Qeyd edək ki, Pokora "Simurq”la Azərbaycan çempionatının bürünc medalını qazanıb.