adalet.az header logo
  • Bakı 20°C
19 Yanvar 2017 10:31
6835
DÜNYA
A- A+

Müdafiə nazirinin müavini yol qəzasında öldü

Tacikistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Zərif Bobokalonov yol qəzasında ölüb.

Adalet.az-ın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxt Düşənbə şəhərində qeydə alınıb.

Məlumata görə, Z. Bobokalonovun idarə etdiyi avtomobil qəzaya uğrayıb. Yol qəzasının təfərrüatları barədə məlumat verilmir.

46 yaşlı Zərif Bobokalonov 2014-cü il, yanvarın 18-də Tacikistan müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.