adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Yanvar 2017 10:20
9849
SİYASƏT
A- A+

Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb

Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı 2 nəfər saxlanılıb.

Adalet.az-ın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılan polis əməkdaşı Sercan Başar və iş adamı Enes Asım Silin FETÖterror təşkilatına üzv olmaqda şübhəli bilinirlər.

Hər iki şəxsin Sincan həbsxanasına göndərildiyi bildirilir. Məlumata əsasən, Sercan Başarın rusiyalı diplomatı qətlə yetirən Mövlud Mərd Altıntaşla əlaqəsi olduğu müəyyənləşdirilib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovdekabrın 19-da Ankarada sərgidəçıxış edərkən polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən qətlə yetirilib.