adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Yanvar 2017 10:04
7819
HADİSƏ
A- A+

Bakıda polis avtomobili ilə vurulan piyada ölüb

Bu gün Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsindən (RPİ) APA-ya bildirilib ki, Çevik Polis Alayına məxsus "Fiat Doblo” markalı avtomobil yolu keçən piyada Telman Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı RPİ-də araşdırma aparılır.