adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Yanvar 2017 09:37
18243
KRİMİNAL
A- A+

Mingəçevirdə “Makarov”la gəzən şəxs saxlanılıb – FOTO

Mingəçevir şəhərində silahlı şəxs tutulub.

Adalet.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Eldəniz Əliyev saxlanılıb.

Şübhəli şəxsin üzərinə baxış zamanı "Makarov” markalı tapança və 2 ədəd patron aşkar edilib. Dindirmə zamanı saxlanılan şəxs üzərində gəzdirdiyi silahın özünə məxsus olduğunu bildirib.

Hazırda həbsdən 6 ay öncə azad olunan E.Əliyevdən götürülən tapançanın cinayət əməllərində istifadə edilib-edilməməsi araşdırılır.

Saxlanılan Mingəçevir sakini əvvələr narkotik vasitələrdən istifadəyə görə məhkumluq həyatı yaşayıb.