adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Yanvar 2017 22:37
4721
HADİSƏ
A- A+

Şəmkirdə yük avtomobili aşdı: 5 ton kartof yola dağıldı

Şəmkir rayonunda yük avtomobili aşıb.

Hadisə Bakı-Qazax magistral avtomobil yolunun 385-ci kilometrliyində, Şəmkirin Seyfəli kəndi ərazisində qeydə alınıb.

Ağcabədi rayon sakini Cabir Mövsümovun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, 5 tona yaxın kartof yükü yola dağılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.