Ən böyük alman bankı ABŞ qarşısında diz çökdü
"Doyçe Bank” ABŞ-a 7,2 milyard dollar verməyə razılaşıb.
Adalet.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Maliyyə Nazirliyi yayıb. Nazirlik bankın özünə qarşı bütün ittihamların dayandırılması qarşılığında 3,1 milyard dollar ödəməyə razılıq verdiyini bildirib. 4,1 milyard dolları isə bank amerikalı müştərilərinə vurduğu ziyan qarşılığında ödəməyi nəzərdə tutub.
"Doyçe Bank qeyri-qanuni əməliyyatlar və məsuliyyətsiz kreditləşmə praktikasına görə məsuliyyət daşıyır. Bunun sayəsində investorlar və Amerika vətəndaşlarına ciddi ziyan dəyib”, – nazirliyn məlumatında bildirilib.
Qeyd edək ki, "Doyçe Bank” Almaniyanın ən böyük bankı sayılır.
Digər Xəbərlər
24 Aprel 2024 17:49
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edi
24 Aprel 2024 14:55Büdcəyə yenidən baxılsa, bu sahələrə vəsait ayrılacaq
24 Aprel 2024 09:53Azərbaycan nefti bahalaşıb
24 Aprel 2024 09:13Bu günə olan valyuta məzənnələri
23 Aprel 2024 14:55