adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Yanvar 2017 21:15
7172
DÜNYA
A- A+

Yeddinci qitənin tədqiqinə başlanılır

Yaponiya Dövlət Geologiya-Dəniz Elmləri və Texnologiyalar Agentliyi (JAMSTEC) 23 milyon il əvvəl Yeni Zelandiyada suya qərq olmuş yeddinci qitənin tədqiqi ilə məşğul olacaq.

Adalet.az xəbər verir ki, dənizin dibində işlər üçün nəzərdə tutulmuş "Tikyu” ("Yer”) unikal tədqiqat gəmisinin köməyi ilə 2019-cu ildə bu zonada dərin qazma işləri aparmaq planlaşdırılır.

Yeni Zelandiya batmış qitənin okeanın səthində görünən hissəsidir. Bu ölkənin payına onun sahəsinin cəmi 5-7 faizi düşür. Qitə şərti olaraq "Zelandiya” adlandırılır. Onun təqribən 4,5 milyon kvadratkilometrlik böyük hissəsi okean səthindən təxminən min metr dərinlikdə yerləşir.

Qazma işləri "Zelandiya”nın ölçülərini daha dəqiq müəyyən etmək, onun suya qərq olmasının səbəblərini və sürətini aydınlaşdırmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Tikyu” 2014-cü ildə Sakit okeanın dibində 3058 metr dərinlikdə quyu qazaraq dünya rekordu müəyyən edib.