adalet.az header logo
  • Bakı 18°C
18 Yanvar 2017 18:56
17588
MARAQLI
A- A+

Dünyanın ən uzun dörd coğrafi adı - FOTO

1.Taumatawhakatangihangakoauautamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu (85 hərf)

Tərcümə: Tamateanın ən yüksək zirvəsində iri dizli səyahətçinin dırmaşaraq orada öz sevgisiylə görüşüb burun-buruna toqquşması.

Qısa formaları:

Taumatawhakatangihangakoauauotamateapokaiwhenuakitanatahu (57 hərf), Taumata (7 hərf)

Yerləşdiyi yer: Şimal adası, Yeni Zelandiya.

Dil: maori dili.


2.Llanfairpwlgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch (58 hərf)

Tərcüməsi: Müqəddəs Məryəm kilsəsinin həyətində ağ şabalıd ağacının yanındakı təkərin fırlanaraq aşağıda yerləşən qırmızı mağaranın yanındakı müqəddəs Tisillio kilsəsinin qapısına dəyməsi.

Qısa formaları: Llanfair PG (10 hərf), Llanfairpwll (12 hərf) və ya Llanfairpwllgwyngyll (20 hərf)

Yerləşdiyi yer: Anqlsi adası, Uels, Böyük Britaniya

Dil: Uels dili


3.Chargoggagoggmanchauggagoggchaubunagungamaugg (45 hərf)

Tərcüməsi: Sərhəddə balıq tutma yeri və yaxud neytral görüş yeri.

Qısa formaları: Chaubunagungamaug gölü (17 hərf) və ya Vebster gölü.

Yerləşdiyi yer: ABŞ-ın Massaçusets ştatında Vebster şəhərində yerləşən bir göl.

Dil: nipmuk dili.


4.Tweebuffelsmeteenskootmorsdoodgeskietfontein (44 hərf)

Tərcüməsi: Bir qırma atəşi ilə öldürülmüş iki öküz.

Yerləşdiyi yer: Cənubi Afrika Respublikasının şimal-qərb əyalətində yerləşən bir ferma.

Dil: afrikaans dili