adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Yanvar 2017 18:11
12131
MƏDƏNİYYƏT
A- A+

Serbiyanın səfiri MEK-ə kitablar hədiyyə etdi

Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Səfir MEK-in Sərgi salonunda 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi ilə tanış olub, həmçinin Akademiklər zalında diplomatik korpuslar üçün ayrılmış guşəyə baş çəkib.

MEK-in direktoru Leyla İmanova səfir Neboyşa Rodiçi rəhbərlik etdiyi müəssisədə görməkdən məmnunluğunu ifadə edib. O, qonağa kitabxananın fəaliyyəti barədə məlumat verib.

Səfir isə öz növbəsində Serbiya Respublikası üçün ayrılmış bölməyə görə kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

Görüşdə birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda N.Rodiç bir neçə kitabı MEK-ə hədiyyə edib.
Serbiyanın səfiri MEK-ə kitablar hədiyyə etdi