adalet.az header logo
  • Bakı 19°C
18 Yanvar 2017 19:16
7309
MƏMLƏKƏT
A- A+

Azərbaycanda adlarla bağlı yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda adlar və soyadlarla bağlı yeni hazırlanmış qanun layihəsi bu sessiya parlamentdə müzakirəyə çıxarılacaq.

Adalet.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov bildirib.

O qeyd edib ki, layihəni komitə hazırlayıb:

"Bu, olduqca problemli məsələdir. Nazirlər Kabinetinin qərarı kifayət etmir. Yeni layihədə bu məsələ geniş qoyulub”.