adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Yanvar 2017 18:12
16247
KRİMİNAL
A- A+

Həyat yoldaşını qətlə yetirən şəxsə 19 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Müzəffər Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Adalet.az-ın APA-ya istoinadən xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Piriyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü M.Piriyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını qətlə yetirib. Hadisədən sonra M.Piriyev özü polisə gələrək hadisə barədə məlumat verib. İlkin dindirilmə zamanı o, arvadını boğduğunu bildirib. Amma meyitin müayinəsi zamanı müəyyən edilib ki, qadın beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. M.Piriyev şüşə stəkanla həyat yoldaşının başına bir neçə zərbə vurub.