adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Yanvar 2017 20:00
35253
MARAQLI
A- A+

Gələcəyi görmək istəyənlər 150 min dollar ödəyir

İllərlə dondurulmuş vəziyyətdə qalan bir insan necə dirilə bilər? Bu sual uzun müddətdir cəmiyyətdə maraq yaratmaqdarır. İnsan dondurularkən onun bədənindəki ən kiçik hüceyrələrə qədər buz qatı bürüyür. İnsanın əsas yaşama amili olan ürək qan-damar sistemi hərəkətsiz hala gəlir. Bu məsələni gündəmə də gətirən əsas səbəb isə bir şəxsdə gizlənir. O James Bedforddur. Dünyanın dondurulan ilk insanı James Bedford tam 50 ildir kriogen balonu içində mənfi 196 dərəcədə donmuş halda gözləməyə davam edir. James Bedford adlı ABŞ vətəndaşı, 12 yanvar 1967-ci ildə 73 yaşında olarkən kriogen balonuna girərək özünü donduran ilk insan olmuşdu.

O gündən bu yana isə tam 50 il keçdi. Böyrək xərçəngi olduğu və müalicəyə cavab vermədiyi üçün ölümü gözləyən Dr. James Bedford, gələcəkdə xəstəliyə çarə tapılacağı və dondurulmuş insanları geri qaytarmağın bir yolunun kəşf ediləcəyi ümidi ilə, öz istəyi ilə kriogen balonuna girmişdi.

James Bedford o gündən bəri rəsmi olaraq ölü qəbul edilir, amma tibbi olaraq tam mənası ilə ölü olmadığı bilinir. Orqanları pozulmadan 50 ildir kriogen balonunda buz kəsmiş halda gözləyən Bedford, donmuş insanları orqanlara xəsarət vermədən geri qaytarmağın bir yolu tapıldığında, təkrar həyata qaytarılacaq. Alimlər bu əməliyyatın nəticəsində, Bedfordun orqanlarının yenidən işləməsini ümid edirlər, ancaq elm hələ ki o dərəcədə inkişaf etməyib. Əlavə olaraq Bedfordun oyandırılması üçün böyrək xərçənginə də dəqiq bir çarə tapılmalıdır.

Bedfordu donduran elmi cəmiyyət, bu təcrübə üçün Bedfordu ödənişsiz olaraq dondurmuşdu, ancaq daha sonra bu üsul ölümcül xəstələr arasında çox məşhur oldu və varlı, amma çarəsiz xəstəliyə tutulmuş bir çox insan, böyük pullar ödəyərək özlərini dondurmuşdu.

Elm, insanları dondurub təkrar həyata qaytarmağı bacara bilsə, gələcəkdə bu üsulla uzaq ulduzlara yüzlərlə il davam edəcək səyahətlər keçirəcək kosmik səyyahların ortaya çıxması da gözlənilir.

Belə demək düzgündürsə, 73 yaşına çatmış Bedfordu bu testə görə atdığı ən uğurlu və ya ən axmaqca bir addımdır. Miçiqan ştatının Kroyin İnstitutunun direktoru Dennis Kovalski deyib ki, "Donmaq ölümdən sonra insanın başına gələ biləcək ikinci ən böyük təhlükədir".

Krioniks nədir?

Krioniks termini ilk dəfə olaraq 1965-ci ildə istifadə olunub. Lakin bundan daha əvvəl ötən əsrin 30-cu illərində yazıçı Neil r. Cons yazdığı romanında insanın dondurulmasından söz açıb. Məşhur fizik Robert Ettinger 1964-cü ildə Yayımlanan "Ölümsüzlük ehtimalı" adlı kitabında insanların gələcəkdə yaşamaları üçün onların dondurulmasının ağlabatan fikir olduğunu deyib.

Bunu zaman göstərəcək. Alimlərin xalqa verə biləcəyi ümid rezonans doğurur. Belə ki, bir müddət öncə Amerikalı alimlər bir dovşanın üzərində bu test etmişdilər. Onlar dovşanın beyninin donuşluqdan azad etməyə nail oldular. Beyin hüceyrələr və sinirlərlə birlikdə əvvəlki kimi işlək vəziyyətdə idi. Hətta beyinin sinir qovşağı sayılan sinapsların da əvvəlki fəaliyyəti bərpa edildi. Bu ümid işığı hal-hazırda 1250 insanı qane edir. Bu qədər insan dondurulmaq və gələcəyi görə bilmək üçün növbə gözləyirlər. Qeyd edək ki, hazırda əksəriyyəti ABŞ və Rusiyada olmaqla 300-ə yaxın insan dondurulub və gələcəyə doğru zaman sayırlar.

ABŞ-ın qurucularından sayılan Benjamın Franklin 1773-cü ildə dövrünün insan ömrünün uzatma üzərində araşdırmalar aparan nüfuzlu alimi Jaks Duborqa belə bir məktub yazmışdı: "Kaşki insanların dondurulması kimi bir elmi təcrübə olardı, o zaman 100 il sonra ABŞ-ın gələcəyini görmək üçün dondurulardım..."

Franklinin bu xəyalları 2 əsrə yaxın vaxtdan sonra reallaşdı və nəhayət, elm adamları bunun üçün mühüm addım atdılar. İndi isə qalıb nəticəni görmək...

Dünyada hər il insanların nəfsinə və marağına qalib gələ bilməyib həqiqi şahidi olmadığı bir hadisəyə inancları getdikcə artır. Lakin dondurlmuş Bedfordla bağlı elə də pozitiv fikirlər səslənmir. Kaliforniya Universitetinin Psixoloqu olan professor Jamesin bədənindəki hüceyrələrin bəzilərinin donuşluğun təsirindən sıradan çıxdığı bildirilir.

Və nəhayət Professor Ceymçs Bedfordun dondurulmuş bədəni xilas edildi.

Bedfordun güdazına gedən daha 9 insan bu müraciətlə bədəninin dondursa da onların sonradan yaşamını itirdiyi məlum olub. Alimlərin kiçik diqqətsizliyi 1979-cu ildə bükülərək dondurulan 9 şəxsin faciəsi ilə nəticələndi. Belə ki, Bedfordan fərqli olaraq həmin şəxslərin dondurulmuş bədəni onların örtən xüsusi bağlamanın açılması nəticəsində cürümüşdü. Lakin Bedford bu mübarizədən "sağ" çıxmağı bacarıb. Belə desək, onun bəxti gətirib. Əslində bəxtinin gətirib gətirmədiyi müəyyən vaxtdan sonra məlum olacaq. Ceyms Bedford hələ də donmuş haldadır.

Bədəninizi dondurmaq üçün nə qədər pul ödəmək lazımdır?

Mövzu ətrafında ən çox verilən suallardan biri də dondurulmaq üçün ödəniləcək məbləğdir.

Cryonics.org saytında "Həyatın qiyməti dəyərsizdir" devizi qoyulub. Bu isə o deməkdir ki, sözügedən prosesin alınması üçün külli miqdarda məbləğ tələb olunur. Qiymət bazarında bu işi ən ucuz həyata keçirən şirkətin tələbi 28 min dollardır. Dünyanın bir nömrəli "Cryoniks" şirkəti isə ən bahalı şirkət kimi tanınır. Bu şirkətdən yararlanmaq istəyənlər 150 min dollarından keçməli olacaqlar.

Aerrtıq geniş maraq dairəsi yaratmaış Krioniks əməliyyatları insanların donmuş bədənini gələcək 50-100 il üçün qoruyub saxlayır. Lakin bizi gələcəyə aparan Kriyoniksin nə dərəcədə özünü isbat etməsi sual altındadır.

Doktor Segalın araşdırması

Kriyoniks sahəsində peşəkar fəaliyyəti ilə tanınan Meksikalı Doktor Segal ənənəvi olaraq ilk sınaq üçün öz itini seçmişdir. Miles adlı itini donduran professor bir müddət sonra onu diriltməyi və əvvəlki kimi sağlam həyata qaytarmağı bacarmışdı. Onun bu uğuru dünya gündəmindən düşmədi. Bir vaxtlar Kosmosa ilk canlı olaraq Layka adlı itin göndərilməsi və havasız minlərlə kilometr yüksəklikdən sağ- salamat yerə enməsindən sonra insaların göy üzünü kəşf etməsi bu günümüzə qədər davam edir. Hətta NASA yaxın zamanlarda Mars planetinə də səfər etməyi planlaşdırır. Müxtəlif fərziyyələr insanların düşüncələrində məntiqi aydınlıq yaradır və nəticə etibarilə ilə donmaq üçün müraciət edənləri sayı get-gedə artmaqdadır. Hal-hazırda isə nə az, nə çox, 230 insan ölmüş və ya donmuş halda gözləmədədir. Onları taleyinin necə olacağı isə təbii ki, naməlum olaraq alır.

Dondurularaq gələcəyi görmək sitəyənlər arasında tanınmış simlar da yer alıb. Məşhur Byezbolçu Ted Williams, amerikalı aktyor Dick Clair və nəhayət Türkiyəli ədəbiyyat sahəsində tanınmış yazıçısı Güner Kuban dondurulmaq üçün artıq 150 min dollarlıq razılaşmanı imzalayıblar...

(Ardı var)

Rüfət Soltan