ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

20 Yanvar şəhidlərinin ruhu Azərbaycan Tibb Universitetində anıldı

4295    |   2017-01-18 16:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

20 Yanvar hadisələrinin 27-ci ildönümü ərəfəsində Azərbaycan Tibb Universitetində faciə qurbanlarının ruhu anılıb. Bu gün keçirilən mərasimin əvvəlində universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr ATU-da şəhid tələbələrin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər, önünə əklil qoyublar.

Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli hər bir xalqın tarixində bütövlükdə həmin xalqın inkişafına, bir millət kimi formalaşmasına, müstəqilliyini qazanmasına və qorumasına təsir edən xüsusi günlərin olduğunu dedi: "Azərbaycan xalqının həyatında belə hadisələrdən biri 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş verib. Bu hadisənin mahiyyəti illər keçdikcə daha da dərinləşir, böyük əhəmiyyət kəsb etməyə başlayır. Əliyalın insanlara qarşı ağır texnika, tanklarla vəhşicəsinə hücum edildiyi, insanların gülləbaran olunduğu bu gecə xalqımızın böyük faciələrindən biridir. Fövqəladə vəziyyətə, komendant saatına baxmayaraq, indiki müasir rabitə üsullarının olmaması halında belə, 21 yanvar günü səhər tezdən milyonlarla insan öz ürəklərinin çağırışı ilə "Azadlıq”meydanına toplanmışdı. Həmin gün kimsə tərəfindən təşkil olunmamış möhtəşəm bir dəfn mərasimi keçirildi. Təsadüfi deyil ki, bu gün milli dirçəliş tariximizin vacib mərhələlərindən biri kimi hesab olunur”.

G.Gəraybəyli bu hüznlü günün Azərbaycan üçün bəşəri nəticələrinin olduğunu da bildirdi. Rektorun sözlərinə görə, 20 Yanvar hadisələri tariximizdə bir dönüş nöqtəsi olaraq milli qürurun formalaşmasında, müstəqilliyin qorunub saxlanılmasında, bizim dünya xalqları arasında özünə məxsus yer tutmağımızda böyük rol oynayıb: "Biz hazırda da görürük ki, bu tarixi faciə həmin qırğından sonra dünyaya gələn gənclərimizə də böyük təsir göstərib, onlarda milli qürur hisslərini daha da gücləndirib. Biz hər birimiz dövlətimiz, müstəqilliyimiz uğrunda canlarından keçən oğullarımız, bacı və qardaşlarımızın ruhu qarşısında baş əyirik”.

Daha sonra ATU-nun III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Məmməd Nəsirov çıxışında həmin gecə ilə bağlı xatirələrini bölüşdü. "Həmin gecə açılan ölümsaçan güllələrin bir neçəsi indi də mənim stolumun üstündədir” deyən professor qeyd etdi ki, bu faciədən 27 il keçməsinə baxmayaraq, 20 yanvar hadisələri hər kəsin xatirinə əbədi həkk olunub.

I cərrahi xəstəliklər kafedrasının dosenti Səxavət Rəfiyev 20 Yanvar hadisələrinin canlı iştirakçısı kimi o gecə yaşananları bir daha xatırlatdı. Qeyd etdi ki, yollar bağlı olduğundan, həkimlər böyük çətinliklə özlərini xəstəxanaya çatdırdılar: "Xəstəxananın həyətində izdiham vardı. Həkimlər az, əməliyyat otaqları isə yaralılarla dolu idi. İnsanlara tibbi yardımın göstərilməsində Tibb Universitetinin tələbələri böyük köməkliklər etdilər. Bu ərazidə yaşayan və yataqxanada qalan tələbələrimiz xəstələrin daşınmasında iştirak etdilər, əməliyyata kömək etdilər, həmin gün səhərə qədər və ondan sonraki günlərdə də könülü qanvermə aksiyası keçirdilər”.

II müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Nailə Şirəliyeva gənclər adından çıxış edərək 20 Yanvar faciəsinin unudulmayacağını bildirdi. Və gənc həkimlərin öz peşələrinə daha çox məsuliyyətlə yanaşmalı olduqlarını dedi.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş qətlə yetirilib, 600-dən çox insan yaralanıb, 800-dən çox nəfər qanunsuz həbs edildi. Amansızca qətlə yetirilənlər arasında beş millətin nümayəndələri, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlar, qadınlar, qocalar, şikəstlər də vardı.




İmza:

ADU-nun çempion tələbəsi

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

İkinci dəfə imtahan verən abituriyentlər ödəniş edəcəklər

Azərbaycanda qəbul imtahanları pulsuz olacaq - SƏRƏNCAM

ADU-da Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilib - FOTO

Buraxılış imtahanlarında inşalara verilən tələblər açıqlanıb - SİYAHI

Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “ Xocalı harayı ” adlı tədbir

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir

BANM-də Xocalı soyqırımının qurbanları yad edilib

Xocalı həqiqətləri Çin dilində

"Gənc istedadlar” liseyində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

SON XƏBƏRLƏR
2017-02-27


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK