ANA SƏHİFƏ / MƏMLƏKƏT

Satıcılar bəzi siqaretləri bahalaşdırdı

5219    |   2017-01-18 16:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gündən tütün məmulatların nağd pulla topdan satışı qadağan olunub.

Tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olanlar apa-ya bildirib ki, mağazalara tütüm məmulatlarının tədarükü dayandırılıb.

"Bu gün mağazamıza siqaret gəlməyib. Bizə bildiriblər ki, bu gündən siqareti ancaq bank köçürməsi (və yaxud VÖEN-ə bağlı kart hesabı - red.) ilə almaq mümkündür. Topdan satışla məşğul olanlar siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə sata biləcəklər. Pərakəndə ticarətlə məşğul olanların 90%-nin nə kartı var, nə də hesabları. Bir sözlə, siqaretin pulu öncədən ödənildikdən sonra mağazalara siqaret göndəriləcək. Pul əvvəlcədən ödənməyəcəksə, siqaret də gəlməyəcək".

Sahibkarlar hesab edir ki, tütün məmulatlarının nağdsız topdan satışı qiymət artımına yol aça bilər. "Artıq dünəndən bizə siqaret satmırlar. Buna səbəb kimi də kartımız və hesabımızın olmaması göstərilir. Bizə bildirirlər ki, hansı siqaretdən nə qədər lazımdırsa, qabaqcadan pulunu ödəyin biz də gətirək. Hazırda topdan satış mərkəzlərində siqaretin qiymətində artım yoxdur. Amma pərakəndə satışla məşğul olanlara nağd pulla satış qadağan olunduğundan tütün məmulatlarında qıtlıq müşahidə edilir. Ona görə də bəzi mağazalar siqaretlərin qiymətini cüzi artırıb. Əvvəllər topdansatışla məşğul olanlar pərakəndə ticarət mərkəzlərinə sifariş olunan həcmdə siqaret gətirir, müəyyən müddətdən sonra gəlib malın pulunu götürürdülər. Siqaretlərin nağdsız qaydada əvvəlcədən ödəniş edilməklə alınması üçün külli miqdarda pul lazımdır. Belə davam etsə, pərakəndə ticarətlə məşğul olanlar qiymətləri mütləq qaldıracaqlar", - deyə pərakəndə ticarətlə məşğul olanlar vurğulayıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanına əsasən 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatların nağd pulla topdan satışı qəti qadağan olunacaq. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq.




İmza:
SON XƏBƏRLƏR
2017-01-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (77.55%)
Yox (22.45%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdam Dövlət Teatrınının aktyorları gedirlər Laçında tamaşa göstərməyə. Fikirləşirlər ki, altıda tamaşanı başlayarlar, iki saat, səkkizdə çıxsalar uzağı saat onda evdədilər.

Saat altı olur, tamaşanı başlaya bilmirlər. Zalda səs-küy, ağız deyəni qulaq eşitmir, kimlərsə mübahisə edir, kimsə deyir ki, filankəs gəlməyincə tamaşanı başlamaq olmaz.

Yarım saat belə keçir. Axırda teatrın baş rejissoru Vaqif Şərifov dözməyib düşür zalda oturmuş Xanlar müəllimin yanına. Xanlar Məmmədov, yeri behişt olsun, təvazökar, nəcib bir el ağsaqqalı idi. Sonralar xalq deputatı da seçildi, rayona rəhbərlik də elədi. Həmin vaxtlar deyəsən rayon icraiyyə komitəsinin sədri idi. Vaqif Şərifov xahiş edir ki, camaatı sakitləşdirsin, tamaşanı başlasınlar, çünki geri qayıtmalıdırlar.

Xanlar müəllim çıxır səhnəyə, zaldakı səs-küyü yatırmaq istəyir. Birini danlayır, birinin üstünə əsəbləşir, axırda dözməyib deyir:

- Ə, bir sakit oturun görək bu it uşağı bura niyə gəlib dana?!

Aktyorlar deyir qəşş elədik, qayıdanda da bütün yolboyu yadımıza salıb gülürdük.

Onu da deyirlər ki, həmin gecə Xanlar başda olmaqla laçınlılar bizi buraxmadı, quzular kəsildi, süfrə açıldı, düz səhərə qədər deyib-gülüb, yeyib-içdik. Hələ səhər cibimizə pul da qoyub yola saldılar.





digər lətifələr
ARXİV
FACEBOOK