adalet.az header logo
  • Bakı 7°C
20 Yanvar 2017 21:37
12421
İDMAN
A- A+

Məşhur futbolçu karyerasını bitirir

"Bavariya”nın futbolçusu Xabi Alonso karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Adalet.az-ın "Bild” qəzetinə istinadən yaydığı xəbərə görə, 35 yaşlı yarımmüdafiəçi yayda yaşıl meydanla vidalaşacaq.

İspaniyalı futbolçunun Münhen klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Buna görə də "Bavariya” Alonsonun son klubu olacaq.

Qeyd edək ki,İspaniya millisinin sabiq üzvü əvvəllər "Real Sosyedad”, "Liverpul” və Madrid "Real”ında çıxış edib.