adalet.az header logo
  • Bakı 11°C
16 Yanvar 2017 16:04
6820
MƏMLƏKƏT
A- A+

Məşhur jurnalistlər dərs keçirlər!

Azərbaycan Maarifçi Gənclər Təşkilatının "Gənc Jurnalistlər üçün Jurnalistikaya giriş” layihəsinin davamı da maraqla qarşılandı. 

 Bu dəfə "Gənc jurnalistlər üçün – İXTİSASLAŞMIŞ JURNLİSTİKA Videodərslər” Layihəsi çərçivəsində 8 mövzu üzrə proffesional çəkilişlər aparıldı. Azərbaycan Maarifçi Gənclər Təşkilatının Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində jrunalistlər Adia Eyvazlı, Mirsəməd Cəfərli, Qərib Azər, Ayaz Mirzəyev, Rahib Qərib,Yaqut Əliyeva, Günay Malikqızı və fotomüxbir Rustəm Fərman İsmayılov öz təcrübələri ilə bölüşüblər. Hər biri 10-15 dəqiqə davam edən videodərslər jurnalistika ilə maraqlanan gənclərə jurnalistikada ixtisaslaşmanın vacibliyindən danışılıb. Ən əsası isə jurnalistlər öz təcrübələri ilə bölüşür, gənclərə səmərəli istifadə edə biləcəkləri məsləhətlər verirlər. Təlimlərdə hər dəfə bir jurnalistin iştirak edəcəcyi gözlənilir.

Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova, ideya müəllifi Günay Malikqızı, qurluşçu operator isə Namiq İxtiyarovdur.