ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da mediatur təşkil olunub

2257    |   2017-01-18 16:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanvarın 18-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədi ilə təhsil ekspertləri, KİV nümayəndələri, QHT təmsilçiləri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə mediatur təşkil olunub.

Mediaturda "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "Kaspi”, "İkisahil”, "Respublika” qəzetləri, həmçinin azadinform.az və digər saytların nümayəndələri, AzTV, İTV, ATV, Lider TV-nin əməkdaşları ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər və Pedaqoji (ingilis dili-alman dili) fakültəsində təşkil olunan imtahanların gedişini izləyiblər. İzləmə prosesi zamanı iştirakçılar imtahanların keçirildiyi auditoriyalara və yazı yoxlama otaqlarına baxış keçiriblər.

Mediaturdan öncə ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev iştirakçılarla görüşüb. Universitetdə tədris prosesi haqqında məlumat verən Ə.Abdullayev imtahanların yazılı formada aparıldığını bildirib.

Qeyd edək ki, ADU-da payız imtahan sessiyasına dekabrın 30-da start verilib. İmtahan sessiyası Pedaqoji (ingilis dili - alman dili), Pedaqoji (ingilis dili – fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Regionşünaslıq və beynəlxalq münasibətlər, Əlavə təhsil, Magistratura və doktorantura fakültələrində və SABAH qruplarında əyani şöbədə 03 fevral 2017-ci il, qiyabi şöbədə isə 09 fevral 2017-ci ilədək davam edəcək.

Onu da əlavə edək ki, ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib. Belə ki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10

dəqiqə qalmış auditoriyaya buraxılır. Mühüm yeniliklərdən biri də imtahanların Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirilməsidir.

İmtahan prosesində tətbiq edilən yeniliklər yazı işlərinin yoxlanılmasını da əhatə edir. Belə ki, yazı işləri yoxlanıldıqdan sonra təkrar yoxlanılaraq təsdiqlənir və anonimliyi qorunur.

Xatırladaq ki, ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib.

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib, İctimai Nəzarət Şurasının bütün üzvlərinin əlaqə telefonları və elektron poçt ünvanları universitetin rəsmi Feysbuk səhifəsində yerləşdirilib.




İmza:
SON XƏBƏRLƏR
2017-01-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (77.55%)
Yox (22.45%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdam Dövlət Teatrınının aktyorları gedirlər Laçında tamaşa göstərməyə. Fikirləşirlər ki, altıda tamaşanı başlayarlar, iki saat, səkkizdə çıxsalar uzağı saat onda evdədilər.

Saat altı olur, tamaşanı başlaya bilmirlər. Zalda səs-küy, ağız deyəni qulaq eşitmir, kimlərsə mübahisə edir, kimsə deyir ki, filankəs gəlməyincə tamaşanı başlamaq olmaz.

Yarım saat belə keçir. Axırda teatrın baş rejissoru Vaqif Şərifov dözməyib düşür zalda oturmuş Xanlar müəllimin yanına. Xanlar Məmmədov, yeri behişt olsun, təvazökar, nəcib bir el ağsaqqalı idi. Sonralar xalq deputatı da seçildi, rayona rəhbərlik də elədi. Həmin vaxtlar deyəsən rayon icraiyyə komitəsinin sədri idi. Vaqif Şərifov xahiş edir ki, camaatı sakitləşdirsin, tamaşanı başlasınlar, çünki geri qayıtmalıdırlar.

Xanlar müəllim çıxır səhnəyə, zaldakı səs-küyü yatırmaq istəyir. Birini danlayır, birinin üstünə əsəbləşir, axırda dözməyib deyir:

- Ə, bir sakit oturun görək bu it uşağı bura niyə gəlib dana?!

Aktyorlar deyir qəşş elədik, qayıdanda da bütün yolboyu yadımıza salıb gülürdük.

Onu da deyirlər ki, həmin gecə Xanlar başda olmaqla laçınlılar bizi buraxmadı, quzular kəsildi, süfrə açıldı, düz səhərə qədər deyib-gülüb, yeyib-içdik. Hələ səhər cibimizə pul da qoyub yola saldılar.





digər lətifələr
ARXİV
FACEBOOK