ANA SƏHİFƏ / SİYASƏT

Əli Əhmədov Türkiyə səfiri ilə görüşüb

5032    |   2017-01-18 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanvarın 18-də Baş nazirin müavini Əli Əhmədov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Adalet.az-ın məlumatına görə, Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşdırılmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd edən Ə.Əhmədov bütün sahələrdə bu əlaqələrin uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə çatdırılmasına səbəb olduğunu bildirib.

Baş nazirin müavini Türkiyə və Azərbaycanın öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını xüsusi vurğulayıb, bu münasibətlərin inkişafına yönəldilmiş ardıcıl və məqsədyönlü siyasətin hər iki ölkənin dövlət başçıları tərəfindən inkişaf etdirilməsi sayəsində strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olunduğunu qeyd edib.

E.Özoral səmimi qəbul üçün təşəkkürünü bildirərək, Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, xalqlarımızın əsrlər boyu dostluq, qardaşlıq münasibətlərində yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini qeyd edib.

Səfir Türkiyə-Azərbaycan əlaqələrinin bundan sonra da uğurla, sürətlə və mütəşəkkil qaydada irəliyə getməsi, xalqlarımızın daha da birləşməsi və sıx əməkdaşlıq etməsi üçün bütün səylərini əsirgəməyəcəyini vurğulayıb




İmza:
SON XƏBƏRLƏR
2017-05-27
2017-05-26


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın gecə işdən evə dönür. Ərini yuxudan oyatmamaq üçün səssizcə yatağa girmək istəyir. Yorğanın altında iki ayaq əvəzinə dörd ayaq görür. Bundan əsəbləşən qadın əlinə bir zopa alıb ikisinin də başına vurur. Mətbəxə keçəndə isə ərinin oturub qəzet oxuduğunu görür. Əri başını qaldıraraq deyir:

- Əzizim, rayondn ananla atan gəlib, mən də yataq otağımızı onlara verdim ki, rahat yatsınlar. Bax gör hələ yatmayıblarsa salam ver və görüş, ayıbdı.




digər lətifələr
ARXİV
FACEBOOK