adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Yanvar 2017 22:30
10098
DÜNYA
A- A+

İraq Türkiyəyə neft ixracını dayandırdı

İraq Kərkükdən Türkiyəyə neft ixracını dayandırıb.

Adalet.az xəbər verir ki, bu barədə Kərkük Vilayət Məclisinin neft və enerji komissiyasının rəhbəri Əhməd Əsgəri məlumat verib.

Onun sözlərinə görə, ixracat Türkiyənin tələbindən sonra dayandırılıb:

"Gündəlik 105 min barrel olan neft ixracı dünəndən etibarən dayandırılıb. Türkiyə tərəfi texniki problem olduğunu deyib. Bunun nə qədər doğru olduğunu bilmirik”.

Əsgəri Kərkükdə neft istehsalının davam etdiyini qeyd edib:

"Kərkük nefti Kürdüstan neft boru xətti vasitəsilə ixrac edilir. Bu səbəbdən neft ixracatı tamamilə dayandırıla bilər”.