ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

ADO 300 min manat təzminat tələb edir: “Üzr istəməlidirlər”

3206    |   2017-01-18 15:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verildiyi kimi müstəqil ADO teatrı Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məliki və həmin teatrın rejissoru Əlif Cahangiri məhkəməyə verir. 

Adalet.az xəbər verir ki, bu barədə ADO teatrının meneceri Kamal Aken məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı hətta Daxili İşlər Nazirliyinə (DİN) də müraciət olunub: "Bu məsələdə teatrı hüquqşünas Samirə Ağayeva təmsil edir. Vəkil ADO teatrının rəhbəri və əməkdaşlarına qarşı Akademik Teatrın rejissoru Əlif Cahangirlinin təhdidləri ilə bağlı DİN-ə müraciət ünvanlayıb. Ümid edirik ki, yaxın günlərdə müraciət araşdırılacaq”.

Teatrdan bildirilir ki, artıq məhkəmə sənədlərinin də hazırlanması yekunlaşıb: "Akademik teatrın aktyoru Ramiz Məlik və teatrın rejissoru Əlif Cahangir Facebook sosial şəbəkəsində ADO teatrının və teatrın rəhbərinin ünvanına təhqiramiz fikirlər səsləndirib. Daha sonra Əlif Cahangirli media vasitəsilə yazı yazaraq təhqirlərini davam etdirib. Vəkil hesab edir ki, bütün bunlar teatrın imicinə, onun rəhbərinin işgüzar nüfuzuna xələl gətirir, bütün bu təhqirlər şərəf və ləyaqətin alçaldılmasına yönəlib. Məhkəmə iddiasında "üzr istəmək” tələbi ilə yanaşı dəymiş mənəvi ziyana görə 300 min manat təzminat tələbi də irəli sürülüb. Baş vermiş məsələdə aktyorların heysiyyatına toxunulub və mülki qaydada qaldırılmış işdə qanun çərçivəsində cəzanın kəsilməsinə nail olacağımıza inanırıq. Toplanmış faktlar da iddia ərizəsinə əlavə olunub. Biz hesab edirik ki, bütün bu məsələlərin arxasında Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov dayanır”.

Qeyd edək ki, bir neçə gün bundan öncə Akademik Milli Dram Teatrının əməkdaşları Facebook sosial şəbəkəsi və media vasitəsilə ADO teatrına, teatrın rəhbəri və əməkdaşlarına qarşı təhqiramiz fikirlər səsləndiriblər.




İmza:
SON XƏBƏRLƏR
2017-01-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (77.55%)
Yox (22.45%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdam Dövlət Teatrınının aktyorları gedirlər Laçında tamaşa göstərməyə. Fikirləşirlər ki, altıda tamaşanı başlayarlar, iki saat, səkkizdə çıxsalar uzağı saat onda evdədilər.

Saat altı olur, tamaşanı başlaya bilmirlər. Zalda səs-küy, ağız deyəni qulaq eşitmir, kimlərsə mübahisə edir, kimsə deyir ki, filankəs gəlməyincə tamaşanı başlamaq olmaz.

Yarım saat belə keçir. Axırda teatrın baş rejissoru Vaqif Şərifov dözməyib düşür zalda oturmuş Xanlar müəllimin yanına. Xanlar Məmmədov, yeri behişt olsun, təvazökar, nəcib bir el ağsaqqalı idi. Sonralar xalq deputatı da seçildi, rayona rəhbərlik də elədi. Həmin vaxtlar deyəsən rayon icraiyyə komitəsinin sədri idi. Vaqif Şərifov xahiş edir ki, camaatı sakitləşdirsin, tamaşanı başlasınlar, çünki geri qayıtmalıdırlar.

Xanlar müəllim çıxır səhnəyə, zaldakı səs-küyü yatırmaq istəyir. Birini danlayır, birinin üstünə əsəbləşir, axırda dözməyib deyir:

- Ə, bir sakit oturun görək bu it uşağı bura niyə gəlib dana?!

Aktyorlar deyir qəşş elədik, qayıdanda da bütün yolboyu yadımıza salıb gülürdük.

Onu da deyirlər ki, həmin gecə Xanlar başda olmaqla laçınlılar bizi buraxmadı, quzular kəsildi, süfrə açıldı, düz səhərə qədər deyib-gülüb, yeyib-içdik. Hələ səhər cibimizə pul da qoyub yola saldılar.





digər lətifələr
ARXİV
FACEBOOK