ANA SƏHİFƏ / MARAQLI

"Klub 27"-nin qaranlıq məqamları

6835    |   2017-01-18 14:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu klub barəsində araşdırma apararkən bir sıra məqamlara rast gəldik. Sən demə, klubun adında olan 27 rəqəmi əbəs yerə seçilməyib. Rəqəmin özəlliyi isə ondan irəli gəlir ki, burada 27 yaşında dünyasını dəyişən musiqiçi, aktyorlar və sair sənətkarlar "cəmləşib".

Bəzi sənətkarlar qəribə də olsa 27 yaşında müxtəlif vəziyyətdə dünyasını dəyişib. Bunlara narkotika, içki aludəçiliyi, intihar, zəhərlənmə aiddir.

Hal-hazırda 61 nəfər üzvü olan bu klubun ən məşhur simaları bunlardır:

Robert Conson - blyuz ifaçısı. 16 avqust 1938-ci ildə zəhərlənmədən ölüb. 27 il 100 gün yaşayıb.

Rudi Luis - "Drifters" qrupunun ifaçısı. Narkotik aludəçisi olub və bundan da 20 may 1964-cü ildə dünyasını dəyişib. 27 il 271 gün yaşayıb.

Malkolm Heyl - "Spanky" və "Our Gang" qruplarının gitaristi. 31 oktyabr 1968-ci ildə zəhərlənmədən ölüb. 27 il 166 gün yaşayıb.

Brayn Cons - "Rolling Stones" qrupunun yaradıcısı və gitara ifaçısı. 3 iyul 1969-cu ildə suda boğulub. 27 il 125 gün yaşayıb.

Cimi Hendriks - rok musiqisinin banisi və dünya musiqisinin bir nömrəli gitaristi. 18 senytabr 1970-ci ildə əsəb-sinir xəstəliyindən dünyasını dəyişib. 27 il 295 gün yaşayıb.

Cenis Coplin - "Big Brother and the Holding Company" "The Kozmic Blues Band" və "Full Tilt Boogie Band" qruplarının bəstəkarı və ifaçısı. 4 oktyabr 1970-ci ildə narkotikdən ölüb. 27 il 258 gün yaşayıb.

Cim Morrison - "The Doors" qrupunun yaradıcısı, lideri, bəstəkarı və ifaçısı. 3 iyul 1971-ci ildə infarktdan dünyasını dəyişib. 27 il 207 gün yaşayıb.

Kurt Kobeyn - məşhur "Nirvana" qrupunun yaradıcısı, ifaçısı və bəstəkarı. 5 aprel 1994-cü ildə intihar edib. 27 il 44 gün yaşayıb.

"Stretch" - reper. 30 noyabr 1995-ci ildə qətlə yetirilib. 27 il 236 gün yaşayıb.

Valentin Elizalde - "banda" janrının ifaçısı. 26 noyabr 2006-cı ildə güllələnərək qətlə yetirilib. 27 il 297 gün yaşayıb.

Emi Vaynhausi - bəstəkar və müğənni. 23 iyul 2011-ci ildə içkidən zəhərlənərək dünyasını dəyişib. 27 il 312 gün yaşayıb.

Anton Yelçin - məşhur aktyor və "The Hammerheads" qrupunun gitaristi. 19 iyun 2016-ci ildə təsadüfi qəza nəticəsində ölüb. 27 il 100 gün yaşayıb.

Yılmaz İBRAHİMOV




İmza:
SON XƏBƏRLƏR
2017-05-22
22:05 Bahar


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Yanmış birisini palaza bükülmüş vəziyyətdə həkimə gətirirlər. Həkim əlinə əl vurub deyir:
- Əl vurma, əlim sınıb.
Həkim ayağını tutur:
Xəstə:
- Tutma, ayağım sınıb.
Belini tutur:
- Tutma, belim sınıb.
Həkim deyir:
- Sən nəcə yanmısan ki, hər yerin sınıb?
Xəstə:
-Məni lapatka ilə söndürüblər.




digər lətifələr
ARXİV
FACEBOOK