adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Yanvar 2017 14:51
14204
MƏDƏNİYYƏT
A- A+

“Qayınana“ filmi ilk dəfə alman dilində

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii axşam təşkil olunub.

Adalet.az-ın Azərtac-a istinadən məlumatına görə, Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq Azərbaycan teatr və kino sənətində əvəzedilməz rollarla yadda qalan Nəsibə Zeynalovanın həyat və yaradıcılığından söz salıb.

Tədbirdə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov çıxış edərək, anası N.Zeynalova ilə bağlı xatirələrini bölüşüb.

O, çıxışının sonunda N.Zeynalovanın xatirəsinə görkəmli dramaturq və şair Cəfər Cabbarlının "Ana" şeirini söyləyib.

Sonra Nəsibə Zeynalovanın baş rolda oynadığı "Qayınana” filmi nümayiş etdirilib. İlk dəfə alman dilinə subtitrlərlə tərcümə edilən film tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Mədəniyyət Mərkəzində ölməz sənətkarın yaradıcılığına həsr olunmuş fotosərgi də nümayiş etdirilib.