adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Yanvar 2017 14:47
8683
HADİSƏ
A- A+

Azərbaycanda qripə yoluxmuş müəllim dərsdə öldü

Biləsuvar rayonu Aşağı Cürəli kəndində riyaziyyat müəllimi 57 yaşlı Mürsəl Bağırov yanavrın 17-də saat 12.20 radələrində dərs keçərkən qəfildən ürək tutmasından şagirdlərin gözü qarşısında vəfat edib.


Məktəbin direktoru Əlifağa Şirinov açıqlamasında faktı təsdiq edib.

O deyib ki, müəllim bu gün artıq dəfn olunub:


"Mürsəl müəllim 4-5 il əvvəl ürək əməliyyatı keçirmişdi. Mütəmadi olaraq yoxlanışdan keçirdi, müalicə götürürdü”.

Direktor deyib ki, müəllim həmişəki kimi, adi qaydada dərs keçirmiş:

"Havalarla bağlı qrip keçirmişdi. Biz təkid edirdik ki, sağlamlığına fikir versin. Amma o, dərsləri buraxmaq istəmirdi. Deyirdi ki, "şagirdlərim mənsiz neyləyər?”. Savadlı, məsuliyyətli bir müəllim idi. Öz həyatını təlim-tərbiyəyə sərf etdi. Mürsəl Bağırov ailəli idi. Bir qızı, bir oğlu var. Qızına toy etmişdi, hazırlaşırdıq ki, bu il də oğlunu evləndirək. Amma qismət olmadı”.