Adalet.az | Azərbaycanda qripə yoluxmuş müəllim dərsdə öldü Adalet.az | Azərbaycanda qripə yoluxmuş müəllim dərsdə öldü Adalet.az | Ədalət -

Azərbaycanda qripə yoluxmuş müəllim dərsdə öldü

3052    |   2017-01-18 14:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biləsuvar rayonu Aşağı Cürəli kəndində riyaziyyat müəllimi 57 yaşlı Mürsəl Bağırov yanavrın 17-də saat 12.20 radələrində dərs keçərkən qəfildən ürək tutmasından şagirdlərin gözü qarşısında vəfat edib.


Məktəbin direktoru Əlifağa Şirinov açıqlamasında faktı təsdiq edib.

O deyib ki, müəllim bu gün artıq dəfn olunub:


"Mürsəl müəllim 4-5 il əvvəl ürək əməliyyatı keçirmişdi. Mütəmadi olaraq yoxlanışdan keçirdi, müalicə götürürdü”.

Direktor deyib ki, müəllim həmişəki kimi, adi qaydada dərs keçirmiş:

"Havalarla bağlı qrip keçirmişdi. Biz təkid edirdik ki, sağlamlığına fikir versin. Amma o, dərsləri buraxmaq istəmirdi. Deyirdi ki, "şagirdlərim mənsiz neyləyər?”. Savadlı, məsuliyyətli bir müəllim idi. Öz həyatını təlim-tərbiyəyə sərf etdi. Mürsəl Bağırov ailəli idi. Bir qızı, bir oğlu var. Qızına toy etmişdi, hazırlaşırdıq ki, bu il də oğlunu evləndirək. Amma qismət olmadı”.




Ä°mza:modern.az
SON XƏBƏRLƏR
2017-04-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Mart çıxdı, dərt çıxd?

Hə (33.33%)
Yox (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudi restoranıdı .Müştəri ofisiantı çağırır ;
-Şloma ,bir dəqiqə gəl bu şorbanın dadına bax.
-Noldu birdən-birə? Bu sizin həmişə sifariş etdiyiniz şorbadı .
-Dadına bax deyirəm.
-Bir dəqiqə,mən sizə nə vaxt pis şorba vermişəm ki?
-Mən sənə deyirəm ki,dadına bax .
-Yaxşı baxaram ,qaşıq bəs hanı ?
-Aha!




digər lətifələr
ARXİV
FACEBOOK