adalet.az header logo
  • Bakı 18°C
18 Yanvar 2017 14:42
9459
SAĞLAMLIQ
A- A+

Azərbaycanda ürək köçürülməsi həyata keçiriləcək - AÇIQLAMA

"Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində işlər aparılır və yaxın vaxtlarda ürək transplantasiyasını həyata keçirmək mümkün olacaq”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, Azərbaycanda belə ciddi əməliyyatın həyata keçirilməsi üçün mütəxəssislər var.

"Bununla bağlı personal və texniki baxımdan heç bir problem yoxdur. Yeganə açıq qalan məsələ orqan bağışlanması ilə bağlıdır.

Tezliklə bunun da həllini tapacağıq. Bütün hallarda yaxın vaxtlarda biz Azərbaycanda ürəyin transplantasiyasını həyata keçirə biləcəyik”.