ANA SƏHİFƏ / MƏMLƏKƏT

215 kənddə əhaliyə verilən su təhlükəlidir

3731    |   2017-01-18 14:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İl ərzində mütəmadi olaraq Bakı və digər rayonlarda sutəmizləyici qurğulardan, su mənbələrindən, ayrı-ayrı stasionar nöqtələrdən, modul tipli yeni quraşdırılan qurğulardan içməli su nümunələri götürülərək araşdırılır.

Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib.

Onun sözlərinə görə, respublikanın 215 kəndində quraşdırılan modul tipli qurğulardan verilən içməli su nümunələrinin həm fiziki-kimyəvi, həm də bakterioloji göstəricilərində aşkar olunan nöqsanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərilib: "Son 5 ildə mərkəz tərəfindən respublika ərazisində bulaq və yeraltı artezian suların müayinələri ilə əlaqədar araşdırma aparılıb, nümunələr götürülün. Bu nümunələrdə də təqdirəlayiq nəticələr əldə olunmayıb. Bununla bağlı yerli icra orqanları qarşısında məsələ qaldırılıb. Ümumiyyətlə, şəhərin və respublikanın ayrı-ayrı ərazilərinin içməli su təchizatı məsələsinə daim nəzarət edilir”.




İmza:
SON XƏBƏRLƏR
2017-02-27


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK