adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Yanvar 2017 14:30
7740
HADİSƏ
A- A+

Mənzildən kişi meyiti tapılıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Adalet.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb. Mənzildə 1975-ci il təvəllüdlü İsmayılov Rauf Vaqif oğlunun cəsədini aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:07-də başa çatıb.