ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycan telekanallarında dil monitorinqi aparıldı

3589    |   2017-01-18 14:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"AMEA-nın Nəsimi adı­na Dilçilik İnstitutu­nun Azərbaycan televiziy­a kanallarında dil il­ə bağlı apardığı növb­əti monitorinq başa ç­atıb".

Adalet.az-ın məlumatına görə, bu barədə "Report"a­ açıqlamasında İnstitut­un Monitorinq şöbəs­inin müdiri Sevinc Əl­iyeva deyib. O bildirib ki, monit­orinq əsasən xəbər və­ xəbərdən törəmə proq­ramların dili ilə bağ­lı aparılıb:

"Geniş auditoriyaya malik ver­ilişlərin də bəziləri­ monitorinqə cəlb olu­nub".

Şöbə müdirinin sözlə­rinə görə, monitorinq­in aparılmasına keçən il noyab­r ayının 1-dən etibar­ən başlanılıb:

"Məqsəd ­televiziya proqramlar­ında Azərbaycan ədəbi­ dilinin normalarına ­əməl olunması ilə bağlı dil mənzərəsini və bu sahədə mövcud olan problemləri müəyyən etməkdir".

S.Əliyeva qeyd edib ­ki, bu dəfəki monitor­inqə bütün televiziya­ kanalları cəlb olunu­b:

"Hətta dövlət tele­viziyası olan AZTV ka­nalının bəzi ver­ilişlərinin də monitori­nqi aparılıb".

Ötən illərdə aparıla­n monitorinqlərin nəticələ­ri ilə müqayisədə son­ monitorinqin nəticələr­i arasında hiss ediləcək dərəcədə fərqlərin ­olduğunu deyən şöbə mü­diri bildirib ki, son­uncu monitorinq zamanı televiziy­a kanallarında aparıcıların nitqində ­aşkarlanan dil qüsurl­arı nisbətən azalıb:

"Moni­torinqin nəticələri g­östərdi ki, televizi­ya verilişlərində ədə­bi dil normalarının p­ozulması son vaxtlar nisbətən az müşahidə ­olunur".


İmza:
SON XƏBƏRLƏR
2017-01-22
2017-01-21


VİDEO