Adalet.az | Uşaqların öldürdüyü insanlar Adalet.az | Uşaqların öldürdüyü insanlar Adalet.az | Ədalət -

Uşaqların öldürdüyü insanlar

6463    |   2017-01-18 14:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada çoxlu sayda əsgər uşaqları var. Uşaq haqlarının pozulması, zorla əsgərliyə aparılma halları dünyada başlıca problemlərdən biridir. İnsanları öz məqsədləri üçün istifadə edən təşkilatlar, qurumlar sonda onlara faciəli anlar yaşatmışdılar.

Hazırda bəhs etdiyimiz bu böyük problem hələ də qalmaqdadır. Əsasən də Afrika ölkələrində uşaqlara zülm edirlər. Döyərək, təhdid edərək onlara silah verirlər.


Onlar uşaq yox, əsgərdirlər

Araşdırmalara görə, yaşları doqquzdan az olmayan uşaq əsgərlər gündə, sadəcə, 1.5 dollara işləyirlər. Dərsə getmək yerinə çətinliklə daşıdıqları avtomat tüfənglərlə nəzarət nöqtələrində ölməmək üçün dirənirlər. Digər bir əsgər-uşaq dostları kimi, cırıq paltarları, diqqətli baxan gözləri və incə dodaqları ilə bu xaraba (Somalinin paytaxtı Moqdaişu) küçələri qoruyur.

Ancaq bu balaca uşaqlar iki cəhətdən fərqlidirlər: çiyinlərində darağı, dolu bir "Kalaşnikov”la ABŞ tərəfindən silahlandırılan uşaqlar çox güclü bir orduda vəzifələrə təyin edilirlər.

Somalinin radikal islamçı dəstəsinin azyaşlıları futbol meydançasından döyüşlərə aparılır, kiçik yaşlarından əllərinə silah verilir. Somali hökuməti uşaqları doqquz yaşından etibarən döyüşün ön cəbhəsinə atır. Uşaq-əsgərlər dünyanın hər tərəfində bir həqiqət olaraq qalır. Araşdırmalar bunu göstərir ki, Somali uşaqları döyüşə göndərmədə ilk sıralarda yer alır. Bu ölkədə uşaqlar gözlərini açan kimi silahla tanış olurlar. Beləliklə, Somalidə insan haqları, habelə uşaq haqları da tapdalanır. Bu kasıb öləkədə uşaqlara uşaq kimi yox, bir əsgər kimi baxırlar.


Ölü uşaq-əsgərlər

Dünyada 90-cı illərdə müharibələrdə 2 milyon uşaq həyatını itirdi. 1989-cu ildə imzalanan Beynəlxalq Uşaq Haqları sözləşməsinə baxmayaraq, bir neçə il sonra altmışa yaxın müharibədə 2 milyon uşağın öldüyünü, 6 milyona qədərin isə yaralandığını, ya da əlil qaldığını bildirirlər. Hazırda dünyada təxminən bir milyona yaxın uşağı əsgər kimi istifadə edirlər. Uşaqlar barəsində illərdir irəli sürülən fikirlər bir nəticə vermir. Əksinə illər keçdikcə uşaqlar cəbhədə həlak olurlar. Onlar uşaq kimi yox, əsgər kimi ölürlər.

Araşdırmaya görə, 14-18 yaşları arasında olan uşaq-əsgərlərin çoxu silahlı münaqişələrə daxil olmaq üçün bir neçə imtihandan keçməlidir. Əsgərliyə qatılmanın səbəbləri arasında ailəsini silahlı münaqişələrdən geridə buraxmaq, sosiallıqdan qurtulmaq, azad nəfəs almaq əsas yer tutur. Bununla bərabər, yoxsulluq və təhsilin olmaması da uşaqları əsgərliyə sövq edən amildir. Bir çox qızın uşaq yaşda əsgər olması isə daha çox ailəvi problemlər və cinsi pozğunluqla əlaqələndirilir. Ümumiyyətlə, qız əsgərlər zoraklığa məruz qalır, casus olaraq istifadə edilir və evə gələndə ailəsi tərəfindən təzyiqə məruz qalır.


Uşaq-əsgərlərin çığırtısı

"Etdiklərimə görə özümü çox pis hiss edirəm. İnsanları öldürdüyümə görə peşmançılıq çəkirəm. Evə qayıdanda öldürdüyüm insanlar üçün dua və ibadət etməliyəm ki, özümü təmizləyim. Öz kəndimdən öldürdüyüm bir uşağı hələ də yuxularımda görürəm; mənimlə danışır, "məni boş bir şey uğruna öldürdün” deyir və mən qışqırıram.” Bunları Mərkəzi Afrika ordularından olan bir zabit danışır.

Bir başqası isə o günləri belə təsvir edir: "Məni zorla ailəmdən qoparıb cəbhəyə apardılar. Anamı gözü yaşlı, atamı isə böyük bir kədər içində buraxdılar. Mənə bir əsgər forması verdilər və orduda olduğumu dedilər. Artıq yeni bir adım vardı: "Psiko”. Dediklərinə əməl etməsəm, geri qayıdıb ana və atamı öldürəcəklərini də dedilər.”

"Təzə əsgər idim, çətin işləri görə bilmirdim. Buna görə hər səhər tezdən döyülürdüm. Bölükdə iki dostumu döyərək öldürdülər. Əsgərlər onları yandırdılar. Hələ də onları düşünürəm” – keçmiş bir əsgər gözüylə gördüyü faciələri qısaca bu cür şərh edir.

Uqandadan olan əsgərin xatirəsi isə daha təsirli xarakter daşıyır: "Qardaşımla bərabər ələ keçidik. LRA təşkilatı qardaşlarımızın yaxşı xidmət göstərmədiklərini deyərək bizi onları izləməyə apardılar. Daha sonra bizi ölümcül hala salana qədər kötəklədilər. Bunun bizə güc verəcəyini dedilər. Ən balacamız doqquz yaşındaydı.”


Son

Uşaqların ordu və yaxud terrorçu dəstədə əsgər olaraq istifadə olunması, sadəcə, Afrikaya məxsus bir üsul deyil. Mərkəzi Asiya, Cənubi Amerika və digər ölkələrdəki otuza yaxın cəbhə bölgəsində Unicefin 2007-ci ildəki təxmini açıqlamasına görə, iki yüz əlli minə yaxın oğlan və qız uşaqlarının əlinə silah verilərək ölməyə və öldürməyə göndərilir. Bu balaca əsgərlərin vəzifə daxilində başqa xidmətləri də olur; bəzən qulluqçuluq, casusluq və digər alçaldıcı işləri görməyə də məcbur edilirlər.

Dünyanın bir çox yerində 18 yaşa çatmamış uşaqlar müxtəlif səbəblərə görə evlərindən didərgin düşürlər. Əsgər uşaqlar cəbhədə ölməmək üçün əllərindən gələni edirlər. Onlar səfalət içində yaşayır, aclıq görürlər. Bəzən amansızlıqla öldürülür, bəzən isə aclıq və susuzluğun qurbanı olurlar.





Ä°mza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2017-04-23
2017-04-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Mart çıxdı, dərt çıxd?

Hə (33.33%)
Yox (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Güzgüyə baxan qadın birdən diksinib qışqırır ;
- Ay Allah, Ay Allah mən necə dəhşətli görünürəm...
Həyəcanlanmış qadın ərinə tərəf çevrilir. Ər divanda uzanıb qəzet oxuyur. Qadın:
- Mənə bir dənə kompliment de, nə olar?
Ər:
- Sənin çox gözəl görmə qabiliyyətin var..




digər lətifələr
ARXİV
FACEBOOK