ANA SƏHİFƏ / MƏMLƏKƏT

Naxçıvanın zəngin ixrac potensialı var - FOTO

6017    |   2017-01-18 13:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Naxçıvan Muxtar Respublikasının zəngin ixrac potensialı var.

Adalet.az-ın məlumatına görə, Naxçıvanda səfərdə olan Türkiyə İqtisadiyyat
Nazirliyinin nümayəndə heyəti bu fikirdədir.

Türkiyənin İqtisadiyyat Nazirliyinin İxracat İdarəsinin rəisi Tayfun Kılıcın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olublar.

Səfər çərçivəsində qonaqlar ümummilli liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. "Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olan nümayəndə heyəti muxtar respublikanın yerli istehsal müəssisələrində olub, regionun ixrac potensialı ilə maraqlanıblar.

"Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi”, "Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi”, "Gəmiqaya Mebel Fabriki”, "Gəmiqaya Mineral Sular”, "Ləzzət Biskvit və Şokolad Fabriki”, "Gəmiqaya Bərəkət Ət Məhsulları Kompleksi”, "Araz-3” Məhdud Məsuliyyətli cəmiyyətləri və Naxçıvan Sənaye Kompleksi ilə tanışlıq zamanı qonaqlara burada istehsal olunan məhsullar haqqında məlumat verilib, onların ixrac imkanlarından bəhs edilib.

Naxçıvan Biznes Mərkəzinə gələn nümayəndə heyətinə məlumat verilib ki, mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes-planların hazırlanmasında metodoloji dəstək göstərilməsidir. Qeyd olunub ki, hazırda burada Naxçıvanın yerli məhsulları olan kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına və yuyucu vasitələrə, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər xeyli çeşiddə müxtəlif məhsullar nümayiş etdirilir. Muxtar respublikada iri özəl sektor təmsilçiləri olan "Gəmiqaya Holdinq”, "Dizayn Holdinq”, "Cahan Holdinq” Şirkətlər ittifaqları, "Zümrüd” Kiçik Müəssisəsi, "Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək "Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türkiyədən gəlmiş nümayəndə heyətinin yerli sahibkarlarla görüşü keçirilib. Türkiyənin ölkəmizdəki səfirliyinin və Naxçıvandakı Baş Konsulluğunun nümayəndələrinin də iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, Türkiyə ilə Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu əməkdaşlıqda iqtisadi münasibətlər məxsusi əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən mühüm tədbirlər, o cümlədən özəl sektora göstərilən dövlət qayğısı muxtar respublikada da çoxsaylı sahibkarlıq subyektlərinin yaradılması ilə nəticələnib. Yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına hazırda muxtar respublikada 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Vurğulanıb ki, yerli istehsal müəssisələrinin sayının artması və keyfiyyətli məhsul istehsalı Naxçıvanın ixrac potensialını artırır. Hazırda yerli sahibkarlar tərəfindən müxtəlif ölkələrə Naxçıvan məhsulları ixrac edilir. Muxtar respublika sahibkarlarına məhsul ixracı baxımından əlverişli sayılan ölkələrdən biri də Türkiyədir. Muxtar respublikanın ekoloji cəhətdən təmiz və təbii ərzaq məhsulları və öz keyfiyyəti ilə seçilən sənaye malları Türkiyə bazarında özünə etibarlı yer tuta bilər. Çalışmalıyıq ki, bu sahədə mövcud imkanlardan yetərincə istifadə edək.

T.Kılıc Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib, Naxçıvanda istehsal olunan məhsulların ixracı üçün həyata keçiriləcək tədbirlərin önəmini vurğulayıb. Sonra Türkiyə nümayəndə heyəti ilə sahibkarlar arasında muxtar respublikada istehsal olunan məhsulların qardaş ölkəyə ixrac edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.




İmza:
SON XƏBƏRLƏR
2017-08-18
2017-08-17


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK