ANA SƏHİFƏ / MƏMLƏKƏT

XƏBƏRDARLIQ: Qar yağacaq

10477    |   2017-01-18 12:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Xəbərdarlıq

Yanvarın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Xəbərdarlıq
Yanvarın 19-20-də bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.




İmza:
SON XƏBƏRLƏR
2017-07-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (30%)
Top-topa - YOX (70%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın:
- Əzizim, dur! Sübh azanının vaxtıdır.
Kişi:
- Mən qəzasın qılaram.
Qadın:
- Allah deyir ki, imkan daxilində namazı ilk vaxtında qılmaq lazımdır.
Kişi:
- Allah dörd arvad almağa da icazə verirg
Qadın:
- Yat, Allah bağışlayandır, əzizim.




digər lətifələr
ARXİV
FACEBOOK