ANA SƏHİFƏ / MƏMLƏKƏT

Lütfi Zadəyə ağır itki üz verib

3824    |   2017-01-18 10:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadənin həyat yoldaşı Fey Zadə yanvarın 17-də vəfat edib.

 AzTU-nun texnika elmləri doktoru, Lütfi Zadənin elmi irsinə həsr olunmuş "Soft Computing" üzrə Ümumdünya Konfransının baş katibi, Lütfi Ə.Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz N.Şahbazova məlumat verib.

Ş.Şahbazova Fey Zadə ilə bağlı maraqlı xatirələrini bölüşüb:

"O, çox açıqürəkli, səxavətli, ağıllı və gözəl insan idi. Mənim onunla bağlı çox xatirələrim var.

15 dekabr 2016-cı ildən başlayan və 15 fevral 2017-ci ilə qədər davam edəcək ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetində elmi-tədqiqat işimlə əlaqədar, demək olar ki, hər gün Lütfi və Feyi ziyarət edirdim. Bu ağır gündə professor Lütfi Zadəyə dəstək olaraq güclü olmağı tövsiyə edirəm.

Mən "Fulbright" qrantını 2007-ci ildə qazanaraq Berklidə olarkən Fey Zadə ilə görüşüb dostlaşmışam. O, elə mənəviyyatlı xanım idi ki, onu sevməmək mümkün deyildi. Mən onun mehriban, hörmətli, diqqətli söhbətlərini yaxşı xatırlayıram. Omənə qarşı çox qayğıkeş, səmimi və mərhəmətli idi. 2007-ci ildən indiyə qədər bizim dostluğumuz ona gətirib çıxardı ki, mən onların ailə üzvünə çevrildim. Mən elə hiss edirəm ki, anamı bir daha itirdim".

Allah rəhmət eləsin!




İmza:Oxu.az
SON XƏBƏRLƏR
2017-03-23
2017-03-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK