adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Yanvar 2017 10:28
6768
SİYASƏT
A- A+

"Andiçməyə gəlmirsinizsə, biletləri qaytarın" - Tramp

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp bəyan edib ki, onun inauqurasiyasını boykot etmək istəyən şəxslər biletləri qaytarmalıdır.

Bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Andiçməyə gəlməyəcək şəxslərlə bağlı məsələ normaldır, çünki bizə bilet çox lazımdır. Ümid edirəm ki, onlar biletlərimizi qaytaracaqlar", - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının Demokrat Partiyasınln 30-dan çox üzvü Trampın andiçmə mərasimini boykot etmək niyyətindədir.