Adalet.az | Əbülfəs Qarayev: "Ötən il Azərbaycana gələn turistlərin sayında 11 faiz artım olub" Adalet.az | Əbülfəs Qarayev: "Ötən il Azərbaycana gələn turistlərin sayında 11 faiz artım olub" Adalet.az | Ədalət -
ANA SƏHÄ°FƏ / MƏDƏNİYYƏT

Əbülfəs Qarayev: "Ötən il Azərbaycana gələn turistlərin sayında 11 faiz artım olub"

6016    |   2017-01-18 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2016-cı ildə ölkəmizə gələn turistlərin sayında 11 faiz artım olub.

Bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyaya səfəri çərçivəsində Dünya Ticarət Təşkilatının baş katibi Taleb Rifai ilə görüşündə deyib.

Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlıq, "Beynəlxalq davamlı turizm ili” çərçivəsində görüləcək işlər, cari ilin mayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və DTT-nin İcraiyyə Şurasının növbəti iclası ilə bağlı müzakirələr aparılıb. Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin son aylarda turizm sahəsi ilə bağlı olduqca vacib sərəncamlar verdiyini, Turizm Şurasının yaradıldığını, turizm sahəsinin inkişafı ilə bağlı strateji yol xəritəsinin təsdiq edildiyini diqqətə çatdırıb.

DTT-nin baş katibi T.Rifai Azərbaycanda turizm sahəsində aparılan islahatlar barədə fikir mübadiləsi apardığını xatırladaraq, bu sahənin ölkəmizin iqtisadiyyatına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Nazir 2016-cı ildə ölkəmizə gələn turistlərin sayında 11 faiz artım olduğunu qeyd edərək bu rəqəmin 2017-ci ildə daha da artacağını vurğulayıb. Görüşün sonunda qərara alınıb ki, DTT ilə Azərbaycan arasında işçi qaydada intensiv təmaslar davam etdirilsin.

Sonra nazir Ə.Qarayev DTT-nin ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə və Gürcüstan Baş nazirinin şərəfinə təşkil edilən qəbulda iştirak edib. Görüşlərdə Azərbaycanın İspaniyadakı səfiri, ölkəmizin DTT yanında daimi nümayəndəsi Anar Məhərrəmov və nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə də iştirak edib.

Qeyd edk ki, Ə.Qarayev Madriddə BMT-nin Dünya Turizm Təşkilatının (DTT) ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə iştirak etmək üçün İspaniyaya səfər edib.




Ä°mza:
SON XƏBƏRLƏR
2017-04-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Mart çıxdı, dərt çıxd?

Hə (33.33%)
Yox (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudi restoranıdı .Müştəri ofisiantı çağırır ;
-Şloma ,bir dəqiqə gəl bu şorbanın dadına bax.
-Noldu birdən-birə? Bu sizin həmişə sifariş etdiyiniz şorbadı .
-Dadına bax deyirəm.
-Bir dəqiqə,mən sizə nə vaxt pis şorba vermişəm ki?
-Mən sənə deyirəm ki,dadına bax .
-Yaxşı baxaram ,qaşıq bəs hanı ?
-Aha!




digər lətifələr
ARXİV
FACEBOOK