ANA SƏHİFƏ / HADİSƏ

Düşmən cəbhədə vəziyyəti gərginləşdirir

2450    |   2017-01-18 10:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Ayqepar, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq, Koxanəbi kəndlərində və adsız yüsəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.




İmza:
SON XƏBƏRLƏR
2017-03-23
2017-03-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK