adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Yanvar 2017 23:31
12522
İQTİSADİYYAT
A- A+

Azərbaycan prezidenti “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Davosda "LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ilə görüşüb.

Adalet.az
-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidmətinin məlumatında bildirilir.

Görüşdə "LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ətraf mühitin qorunması, məişət tullantılarının yandırılması sahəsində bu şirkətlər qrupunun gördüyü işlər və imkanları barədə dövlətimizin başçısına məlumat verib. Erik Olsen Azərbaycanı əməkdaşlıq baxımından cəlbedici ölkə kimi dəyərləndirərək respublikamızla əlaqələr qurmağa hazır olduqlarını vurğulayıb.


Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.