ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Londonda Azərbaycan muğamı maraqla qarşılanıb

7916    |   2017-01-17 22:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

London Universitetinin bölməsi olan Şərq və Afrika Araşdırmaları Fakültəsində (SOAS) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvü, tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova "Azərbaycanda Muğam: Yeni Tendensiyalar və Klassik Ənənələr” adlı mühazirə ilə çıxış edib. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, mühazirə SOAS Musiqi Departamenti, Vostok Cəmiyyəti və TEAS-ın birgə əməkdaşlığı şəraitində baş tutub.

Tədbirə SOAS-ın mühazirəçisi və vaxtaşırı BBC Radio 3-də musiqi icmalçısı kimi çıxış edən Dr. Lüsi Düran, dünyanın aparıcı dövri musiqi nəşri olan "Songlines” jurnalının baş redaktoru və "Evening Standard” qəzetinin köşə yazarı Saymon Brouton da daxil olmaqla, 70-dən artıq iştirakçı qatılıb.

S. Bağırova muğamın klassik ənənələri barədə danışaraq bildirib ki, muğam Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda inkişaf etmiş improvizasiya xarakterli, emosional məna daşıyan, qədim, milli Azərbaycan musiqisidir. O vurğulayıb ki, Azərbaycan muğam sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib.

S. Bağırova həm Azərbaycan, həm də xarici innovatorların ifalarını təhlil edərək bildirib ki, bu ifaçılar muğam ənənəsinə yeni yanaşma tətbiq edir, klassik musiqi ilə caz musiqisini muğamla birləşdirərək çox gözəl effekt yaradırlar. Musiqişünasın sözlərinə görə, muğam mövzuları, yəni sərbəst ölçüsü olan melodiyalar adi qaydada muğam ifaçıları tərəfindən ənənəvi musiqi kimi bəstələnmir. Buna baxmayaraq, ifaçı onun mətninə öz detallarını əlavə edə bilməz. Onlar kanonik və şəxsi elementlər arasında düzgün tarazlıq və ənənəvi elementlərin şəxsi və innovativ elementlərdən üstün olduğu bir tarazlıq saxlamalıdır.

Mühazirə Azərbaycanın əməkdar mədəniyyət xadimi, Böyük Britaniyada yaşayan tar ifaçısı Rafiq Rüstəmovun ifası ilə müşayiət olunub.

R. Rüstəmov Ağdam şəhərində anadan olub. Onun musiqi karyerası 1969-cu ildə Musiqi Festivalında qalib adını qazandıqdan sonra başlayıb. O həmçinin, Xan Şuşinski adına Musiqi Məktəbinin müdiri və "Qarabağ Bülbülləri” ansamblının direktoru olub. Onun "Bayatı-Şiraz” muğamından bir parça və "Rast” muğamının variantlarını virtouz şəkildə ifa etməsi ustadın yüksək musiqi bacarığından xəbər verirdi.




İmza:
SON XƏBƏRLƏR
2018-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.

Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.

Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:

- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…





digər lətifələr
ARXİV
FACEBOOK