ANA SƏHİFƏ / DÜNYA

Amerikalı ulduzlar Trampa qarşı

5249    |   2017-01-17 22:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nyu-Yorkda inauqurasiyadan əvvəl etiraz aksiyası keçiriləcək

Amerikalı aktyorlar Alek Bolduin, Mark Ruffalo və Rozi Peres, rejissor Maykl Mur, Nyu-Yorkun meri Bill de Blazio yeni prezident Donald Trampın inauqurasiyasından bir gün əvvəl etiraz aksiyası keçirəcəklər.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, genişmiqyası tədbir ayın 19-da, Nyu-Yorkun Manhetten səmtindəki Trump International Hotelin yanında nəzərdə tutulub.

Bu hotel gələcək prezident Trampa məxsusdur. Ancaq Tramp indi onun yaxınlığındakı Tramp-tauerdə yaşayır.

Ruffalonun sözlərinə görə, aksiya iştirakçıları özləri üçün qiymətli dəyərləri müdafiə etməyi planlaşdırırlar. Onlar eləcə də Vaşınqtona sübut etmək istəyirlər ki, ayrı-seçkiliyin və zərərli siyasətin əleyhinə mübarizə aparacaqlar.

Buna qədər Skarlett Yohanssonun, Şer və Ketti Perrilərin Trampın inauqrasiyasından sonra yürüş keçirəcəkləri haqda məlumat verilib. Bir qədər sonra Madonna da intim yerini göstərərək Tramp əleyhinə yürüşə çağırıb.




İmza:
SON XƏBƏRLƏR
2017-03-23
2017-03-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK