adalet.az header logo
  • Bakı 16°C
17 Yanvar 2017 22:15
6336
GÜNDƏM
A- A+

Bolqarıstan qəzeti İlham Əliyevin məqaləsini dərc etdi

Bolqarıstanın nüfuzlu "24 Çasa” (24 Saat) qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunun saytında verilmiş "Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi dərc olunub.

Adalet.az xəbər verir ki, məqalədə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər, eləcə də Azərbaycanın hazırda üzləşdiyi çağırışlar və onlara cavab olaraq atılan adekvat addımlardan bəhs olunur. Azərbaycan iqtisadiyyatının enerji və nəqliyyat-tranzit sahələrini əhatə edən qlobal əhəmiyyətli layihələrdən bəhs edilərək, bu layihələrin ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edəcəyi qeyd olunur. Həmçinin əsrlər boyu müxtəlif etnik qruplar və dini icmaların nümayəndələrinin Azərbaycanda sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları bildirilir, ölkəmizdə multikulturalizm siyasətinin davam etdirilməsi istiqamətində atılmış addımlar barədə geniş məlumat verilir.

Qeyd edək ki, Bolqarıstanın ən böyük nəşriyyat qrupu olan "Media Group Bulgaria” tərəfindən 1991-ci ildən nəşr olunan "24 Çasa” (24 Saat) gündəlik qəzeti həftə içi 52 min 200, həftə sonu isə 97 min 820 nüsxə tirajla bütün ölkədə yayılır.