adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Yanvar 2017 19:40
14033
MARAQLI
A- A+

Dünyanın ən bahalı şəhərləri – Siyahıda Bakı da var

ABŞ-ın dünyada ən böyük elektron bazaya malik "Numbeo” saytı "Həyat yaşayışı indekis 2017” adlı hesabat yayımlayıb.

İndeksdə dünyanın ən bahalı 484 şəhərinin adı yer alıb. Reytinq tərtib olunarkən ərzaq məhsulları və nəqliyyat qiymətləri, kommunal xərclər, restoranlardakı qiymətlər və s. kriteriyalar əsas götürülüb.

Dünyanın ən bahalı şəhəri adını Bermud Adalarının Hamilton şəhəri alıb. İsveçrənin Cenevrə (2), Bazel (3), Sürix (4), Zuq (5), Lozanna (6), Bern (7), Luqano (8), Norveçin Tronheym (9) və İslandiyanın Reykyavik (10) şəhərləri tutub.

SiyahıdaBakıdünyanın ən bahalı 484 şəhəri arasında 453-cü, İstanbul 376-cı, Ankara 403-cü, İzmir 412-ci, Yerevan 424-cü, Tbilisi 457-ci, Kiyev 458-ci, Lvov 475-ci, Tehran 375-ci, Sankt-Peterburq 361-ci və Moskva isə 346-cı pillədə qərarlaşıb.