adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Yanvar 2017 19:47
7676
SİYASƏT
A- A+

"Trampla görüş barədə razılığa gəldik" - Poroşenko

Ukrayna prezidenti Pyotr Poroşenko Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-a səfər edərək onunla görüşəcəyini bildirib.

P.Poroşenko bunu "Bloomberg"ə müsahibəsində deyib. O, bu barədə Trampla razılığa gəldiklərini söyləyib: "Mən seçkidən sonra Trampa telefon edən ilk liderlərdən biri oldum. Biz görüş barədə razılığa gəldik".

P. Poroşenkonun sözlərinə görə, Rusiyaya tətbiq olunmuş sanksiyalar yalnız o vaxt götürülə bilər ki, bu ölkə öz qoşunlarını Ukraynadan çıxarsın və Ukrayna ərazilərinin işğalına son qoysun.