Adalet.az | “Almaz” tamaşasının premyerası olacaq Adalet.az | “Almaz” tamaşasının premyerası olacaq Adalet.az | Ədalət -
ANA SƏHÄ°FƏ / MƏDƏNİYYƏT

“Almaz” tamaşasının premyerası olacaq

6904    |   2017-01-17 21:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanvarın 21-22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının "Almaz” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.

Yeni səhnə əsərinin müəllifi xalq artisti Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

Tamaşada Almaz rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edəcək.

Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmanisə), əməkdar artistlər Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) çıxış edirlər.

Səhnə əsərini Ceyran Həsənli idarə edəcək.

Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.




Ä°mza:
SON XƏBƏRLƏR
2017-04-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Mart çıxdı, dərt çıxd?

Hə (33.33%)
Yox (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudi restoranıdı .Müştəri ofisiantı çağırır ;
-Şloma ,bir dəqiqə gəl bu şorbanın dadına bax.
-Noldu birdən-birə? Bu sizin həmişə sifariş etdiyiniz şorbadı .
-Dadına bax deyirəm.
-Bir dəqiqə,mən sizə nə vaxt pis şorba vermişəm ki?
-Mən sənə deyirəm ki,dadına bax .
-Yaxşı baxaram ,qaşıq bəs hanı ?
-Aha!




digər lətifələr
ARXİV
FACEBOOK