ANA SƏHİFƏ / SAĞLAMLIQ

Kompüter bu xəstəliyi yaradır

3622    |   2017-01-17 21:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əllərdə ağrı, keyimə, bəzən əzələ gücsüzlüyü kimi əlamətlər varsa, bunun səbəbi Karpal tunel sindromu ola bilər. Bu sindrom Median sinirin bilək nahiyəsində sıxılması nəticəsində əmələ gəlir.

Adalet.az xəbər verir ki, əldəki sinirlər hər hansı təzyiq altında qaldıqda keyimə meydana gəlir. Türkiyəli həkim Səlim Çepel əllərdə meydana gələn keyimənin səbəbləri və müalicəsi haqqında məlumat verib.

Travmatoloq-ortoped Səlim Çepelin sözlərinə görə, əllərdə keyimə barmaqların uzun müddət eyni işi yerinə yetirməsi nəticəsində yaranır. Bu hal xüsusilə klaviatura istifadə edənlərdə daha çox rast gəlinir.

Müalicə üsulları hansılardır?

Həkim bildirib ki, bu xəstəliyin müalicəsində nadir hallarda əllərə inyeksiyaya ehtiyac duyulur: "Digər hallarda adətən, fiziki müalicə (barmaqların məşq etdirilməsi) və reabilitasiya proqramları tətbiq olunur. Əgər bunların heç biri kömək etmirsə və rahatlıq yaranmırsa, kiçik cərrahi müdaxilə ilə buna son qoymaq mümkündür. Bu üsul xəstənin vəziyyətindən asılı olaraq, açıq şəkildə və ya endoskopik cərrahiyyə istifadə edilməklə keçirilə bilər”.

Hamilə xəstələrdə də əl biləyi sindromuna tez-tez rast gəlinir. Lakin çox hallarda uşaq dünyaya gələndən sonra bu, öz-özünə keçir.




İmza:
SON XƏBƏRLƏR
2017-02-27


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK