adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Yanvar 2017 21:37
6068
HADİSƏ
A- A+

Xırdalanda ölümlə nəticələnən qəza

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayonun Xırdalan şəhərində "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Muxtarov Aydın Sərdar oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.